Almaniyada kişi insanlara atəş açdı: 2 ölü

Day.Az представляет новость на азербайджанском языке

Almaniyanın Saarbryuken şəhərində silahlı şəxs insanlara atəş açıb.

Day.Az Trend-ə istinadən bildirir ki, silahlının insanlara atəş açması nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Polislərin məlumatına əsasən, insident yerli vaxtla saat 14:30-da Fexingen rayonunda baş verib. Atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.