Balıq qadağası başladı

Day.Az представляет новость на азербайджанском языке

Sentyabrın 1-ə kimi su hövzələrindən bütün növ balıqların tutulmasına qadağa qoyulub. Məqsəd dəniz və göllərdə balıqların sayını artırmaqdır.

Day.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu qadağaya əməl etməyən şəxsləri ciddi şəkildə cəzalandıracaqlar.

Nazirliyin Su Hövzələrində biloji resursların artırılması və müahifzəsi departamentinin əməkdaşı İsmayıl Yunusovun sözlərinə görə, artıq bu kimi halların qarşısını almaq üçün əməkdaşlar gücləndirilmiş iş rejiminə keçiblər.

Təkcə ötən ilin 4 ayı ərazində qanunsuz balıq ovu ilə məşğul olan 50 nəfər barəsində qanuna müvafiq şəkildə cəza tədbiri görülüb. Qurum rəsmisi həmçinin onu da bildirdi ki, qeyd edilən tarixlərdə su hövzələrində balıq ovu ilə məşğul olanlar aşkar edildikdə həmin şəxslər dərhal cərimələnəcəklər.

Balıq satışı ilə məşğul olanlar isə deyirlər ki, su hövzələrində balığın ovlanmasına qadağa qoyulduğundan onlar süni yetişdirilən balıqları alıb-satmaq məcburiyyətində qalacaqlar. Bu da alıcıların azalmasına gətirib çıxaracaq.

Qeyd edək ki, qanunsuz balıq ovu ilə məşğul olan şəxslər ilk dəfə 2-3 min, təkrar törətdikdə isə 3-6 min manat miqdarında cərimə olunacaqlar. Cinayət tərkibi yarandıqda isə həmin şəxslər 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Balıq qadağası başladı