Whatsapp-ın qrup çatlarına 4 yeni funksiya gəldi

Day.Az представляет новость на азербайджанском языке

Məşhur Whatsapp messencerinin qrup çatlarına 4 yeni funksiya əlavə olunub. Həmin funksiyalar ilə aşağıdan tanış ola bilərsiniz:

- Qrup çatının təsviri: Bundan sonra hər hansı qrup çatına qatılmış yeni istifadəçi xüsusi banner ilə qarşılaşacaq. Həmin bannerdə isə qrup çatının məqsədi, onda müzakirə olunan əsas mövzu, qaydalar və s. kimi məlumatlar yer alacaq.

- Day.Az technote.az-a istinadən bildirir ki, adminlər üçün idarəetmə funksiyaları: Qrup çatının adminləri bundan sonra qrup çatı istifadəçilərinin hüquqlarını dəyişə biləcəklər. Beləliklə istənilən istifadəçi qrup çatının fotosunu və təsvirini dəyişə biləcək.

- Qaçırılmış məlumatların icmalı: Bundan sonra qrup çatına daxil olmuş istifadəçi ona ünvanlanmış bütün mesajları görə biləcək. Bunun üçün messencerin aşağı sağ hissəsinə "@" işarəsi əlavə olunub.

- Qrup çatında hər hansısa istifadəçinin axtarışı: Bundan sonra istənilən istifadəçi qrup çatının axtarış bölməsində hər hansısa digər istənilən şəxsi sadəcə olaraq adı vasitəsilə tapa biləcək.

Daha bir yenilik isə ondan ibarətdir ki, bundan sonra qrup çatının yaradıcısını qrupdan çıxartmaq mümkün olmayacaq. Əgər hər hansısa istifadəçi bu və ya digər qrup çatından öz istəyi ilə çıxsa, onda onun özünün istəyi olmadan heç bir digər istifadəçi onu yenidən qrup çatına əlavə edə bilməyəcək. Qrup çatları üçün olan bu yeni funksiyalar messencerin Android və iOS versiyalarının sonuncu yenilənməsində artıq aktivdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.