İnyesta "Barselona" ilə belə vidalaşdı

Day.Az представляет новость на азербайджанском языке

Andres İnyesta "Barselona" ilə vida matçına çıxıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, La liqanın 38-ci turunda "Real Sosedad"a qarşı 82 dəqiqə meydanda qalıb. Daha sonra onu Pako Alkaser əvəzləyib.

"Barselona" forması ilə bütün turnirlərdə iştirakına görə İnyesta (674 oyun) yalnız Xavidən (767 oyun) geri qalır.

34 yaşlı yarımmüdafiəçi karyerasını harada davam edəcəyini, hələ ki, açıqlamayıb. Yahoo Sport-un məlumatına görə, İnyestaya "Mançester Siti"nin məşqçilər korpusuna daxil olması təklif olunub. Bundan əlavə o, Yaponiya klubu "Vissel Kobe" ilə danışıqlar aparır.

Qeyd edək ki, baş tutan matç 1:0 hesabı ilə "Barselona"nın xeyrinə bitib. Oyunda yeganə qolu 57-ci dəqiqədə Filip Koutinyo vurub.

İspaniya La Liqası - 38-ci tur

"Barselona" - "Real Sosedad" - 1:0

Qol: 57.Filip Koutinyo

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Barcelona 1:0 Real Sociedad