Bakı Dairəvi-1 və Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

Day.Az представляет новость на азербайджанском языке

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunun 0-14 km-də, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-16 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Day.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən avtomobil yollarında hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.