“Mahnılarımı kim oxuyur, başına iş gəlir”

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Düz bazar" verilişində bu dəfə də maraqlı anlar yaşanıb.

Belə ki, proqrama qonaq olan müğənni Nazim Pişyari, prodüser Faiq Erolun mahnılarını oxuyanların başlarına gələnlərdən söz açıb:

"Faiqin mahnısını oxudum görün başıma nələr gəldi. Ay camaat, Faiqin mahnısını oxumayın. "Bakinoçka" mahnısı yazmışdı mənə".

Daha sonra Faiq Erol özü bu haqda danışıb:

"Dəfələrlə mahnılarımı ifa edən müğənnilərin başlarına pis şeylər gəlib. Amma bu məndən asılı olan bir şey deyil. Nazimin də həkimində problem olub".

Mahnı oxuyan adamlar gərək gözdə qulaqda olsun deyən prodüsser İlhamə Quliyeva üçün də mahnı yazdığını, amma sonrakı problemlərin onun yaşı ilə əlaqəli olduğunu bildirib. Mahnı yazdığı başqa müğənnilərdən də danışan Faiq Erol "Türkmənistanda bir nəfər var idi, amma mən sizə desəm, onun başına nə gəlib, siz məni asarsız" deyərək, sonradan həmin sənətçinin dəmir barmaqlıqlar arasıda olduğunu bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: