Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum oldu

Day.Az представляет новость на азербайджанском языке

Bakının Binəqədi rayonunda kafedə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Day.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.