"Hababam Sınıfı"nın aktyoru öldü

Day.Az представляет новость на азербайджанском языке

"Hababam Sınıfı" filminin aktyorlarından Dinçay Çetindamar dünyasını dəyişib.

Day.Az axşam.az-a istinadən bildirir ki, 62 yaşlı aktyorun vəfatına səbəb infarkt keçirməsi olub. Halit Akçatepe, Kartal Tibet, Adile Naşit, Şener Şen və Kemal Sunal kimi nəhənglərlə birlikdə rol oynayan Dinçay Çetindamar bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, aktyor 1976-cı ildə çəkildiyi filmdən heç bir əməkhaqqı almamışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.