Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Qanuna təklif edilən digər dəyişikliklərə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Bu olimpiada, beynəlxalq müsabiqə və yarışların qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.