Söküntü zamanı toz-duman yaradanlar cəzalandı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda söküntü işləri aparan şirkət barəsində sanitar normaları pozduğuna görə akt tərtib olunub və cərimələnməsi üçün məhkəməyə göndərilib. Söküntü işləri zamanı ətrafı toz-duman bürüyüb və yaşıllıqlar zədələnib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtda Mirəsədulla Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən qəzalı binaların yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı ərazidən gedir.
Aparılan söküntü işləri zamanı ətrafa tozun yayılması həmin ünvanda yaşayan və işləyənlərin narahatlığına səbəb olub.

Elə vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.

Faktlarla bağlı akt və protokol tərtib olunub.

Məsələ ilə bağlı həmin ərazidə tikinti işləri aparan şirkətdən münasibət öyrənmək istəsək də, bu, mümkün olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha paytaxtda tikinti işləri aparan şirkətlərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, söküntü və tikinti işləri aparan şirkətlər mütləq sanitar normalara əməl etməlidirlər. Əks halda, qaydaları pozanlar barəsində qanuna müvafiq tədbirlər görüləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Söküntü zamanı toz-duman yaradanlar cəzalandı