Rüstəm İbrahimbəyov Azərbaycan xalqına nifrət edir

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir - Day.Az bildirir ki, söhbət ssenari müəllifi Rüstəm İbrahimbəyov və onun oğlu Fuad İbrahimbəyov, eləcə də Eldar Şengelayanın olduğu 2015-ci ildə çəkilən "Qafqaz üçlüyü" adlı filmdən gedir.

Filmdə üç Qafqaz ölkəsinin bir-birilə müqayisəsi aparılır. Və bu müqayisədə Azərbaycan xalqı Cənubi Qafqazın ən pis xalqı kimi xarakterizə edilir. Filmin elə başlanğıcında qorxaq azərbaycanlı uşağın fonunda mərd və cəsur erməni uşağın müqayisəsi verilir.

Erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması ilə guya vəhşi azərbaycanlıların dinc ermənilərə qarşı qəddarlı göstərilir.

Hətta öldürülən oğlunun xəbərini almaq üçün Azərbaycana gələn qoca erməninin sonda hava limanında sərhəd xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü də təsvir olunub.

Məsələyə münasibət bildirən tanınmış kinoşünas Ayaz Salayev deyib ki, bu filmin mövcud reallıqla heç bir əlaqəsi yoxdur.

Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti açıq şəkildə öz əksini tapıb. Hətta heç bir azərbaycanlı filmdə çəkilmək istəmədiyinə görə bu obrazı da rusiyalı aktyorlar öz üzərinə götürüb. Aydın məsələdir ki, bu filmin maliyyəsinin ermənilərə gedib çıxdığı şübhəsizdir. 

Kinorejissor Ayaz Salayev bildirir ki, filmdə lentə alınanlar bir filmdən daha çox siyasi məqsədlə çəkilən kadr yığınıdır. Sanki Rüstəm İbrahimbəyov bu ssenarini bircə azərbaycanlının yaşamadığı Ermənistanın yerinə, 30 min erməninin Azərbaycanda yaşadığından xəbərsiz olaraq yazıb. Rüstəm İbrahimbəyovun maliyyə aldığı dairələrə özünü humanist insan kimi qələmə vermək cəhdini isə yalnız öz milli kökünə xəyanət adlandırmaq olar.

Kinorejissor Cəmil Quliyev isə bildirir ki, Rüstəm İbrahimbəyov nəinki bu filmə görə edilən tənqidlərdən dərs çıxarıb, əksinə, bu ssenaridə yeni bir film çəkməyə də hazırlaşır.

Bu film elə ona bir zamanlar prezident olması üçün dəstək olan "Milli Şura" adlanan qurumun da ermənipərəst mövqeyini ortaya qoyur. Bir vaxtlar Rüstəm İbrahimbəyovu özünə lider seçən radikal müxalifətin də yəqin ki, ortaya qoyacağı "Qafqaz üçlüyü" var. Çünki bu insanlar eyni mövqeyə və xislətə sahibdirlər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Rüstəm İbrahimbəyov Azərbaycan xalqına nifrət edir - XƏYANƏT