Bu gündən fermerlərə güzəştli kreditlərin verilməsinə başlanılıb

Day.Az представляет новость на азербайджанском языке

Kəndli və fermerlər bu gündən banklara müraciət edərək güzəştli kreditləri əldə edə biləcəklər. Onlar kəndlərindən kənara çıxmadan əmlaklarını girov qoyub, kredit götürəcək.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bunun üçün ilkin mərhələdə kənd təsərrüfatı sahəsinə 10 milyon manat kredit ayrılıb.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev kəndli və fermerlərin bu kreditlərdən yararlana biləcəklərini deyib.

Dövlət Xidmətinin rəisi bildir ki, kəndli və fermerlərə kreditlərin verilməsi ilə bağlı yeni girov mexanizmləri hazırlanacaq. Fermerlər müvəkkil banklara yaxınlaşıb müəyyən sənədləri təqdim etməklə güzəştli kreditlərə çıxış əldə edə biləcəklər. Xidmətin ayırdığı kreditlər yalnız kənd təsərrufatı ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.

Mirzə Əliyev aqrar sahənin sığortası ilə bağlı yenilik olacağını deyib. Belə ki, Türkiyə modelindən istifadə ediləcək.

Qeyd edək ki, aqrar sahənin inkişafi üçün ölkədə fermer və kənd təsərrüfatı məhsullarinin istehsalı ilə məşğul olan sahibkarlara güzəştli kreditlər verilməsi barədə Azərbaycanın 8 maliyyə təşkilatı Kənd Təsərrüfatı Nazirliyi ilə niyyət protokolu imzalayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu gündən fermerlərə güzəştli kreditlərin verilməsinə başlanılıb