Məhkum: "Cənab prezident səhvimi bağışladı"

Day.Az представляет новость на азербайджанском языке

Doğrusu, əfv olunacağımı gözləmirdim.

Day.Az xəbər verir ki, bunu Trend-ə Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan məhkum Süleyman İsgəndərov deyib.

S.İsgəndərov qəsdən adam öldürməyə cəhddə təqsirləndirilərək 6 il 9 ay azadlıqdan məhrum edilmiş, cəzasının 5 ilini çəkmişdi.

O bildirib: "Biz həmişə cənab Prezident İlham Əliyevin bu cür humanist addımlarını görmüşük. Əfv olunmaq bu dəfə də mənə qismət oldu. Cənab Prezident səhvimi bağışladı".

S.İsgəndərov dövlət başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib: "Burada azadlığın nə olduğunu anladım".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.