"Cinayətkarların başını qarışdıran film..." - Onun film seçimi

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Yəqin ki, siz də boş vaxtlarınızda film seyr etməyi sevirsiniz. Amma yaxşı filmi tapmaq da elə asan iş deyil. İşinizi asanlaşdırmaq üçün bu rubrikada bir-birindən maraqlı filmlərin adını sizlərə təqdim edirik. Rubrikamızın budəfəki qonağı millət vəkili Elman Nəsirovdur.

Müsahibimin siyahısında ilk yeri "Arşın mal alan" filmi tutur: "Məndə olan məlumata görə, film 86 dilə tərcümə edilib ki, bu da rekord nəticədir. Hətta bildiyimə görə, bu filmdən təsirlənən tanınmış rejissorlardan biri eyni motivlər əsasında "Məhəbbət" adlı bir film çəkib. "Arşın mal alan" filmi sovet kinosunun geniş şəkildə təbliğ olunmasına səbəb olub.

E.Nəsirovun film siyahısında ikinci yeri "Nəsimi"filmi tutur. Həmsöhbətim deyir ki, bu film uşaqlıqdan onun yaddaşına həkk olub. Düşünür ki, filmdə Azərbaycanın dahi şairi Nəsiminin əsl portreti böyük ustalıqla yaradılıb.

Növbəti pillədə "Uşaqlığın son gecəsi" filmi dayanır. Millət vəkili deyir ki, insanın uşaqlıqda sevərək izlədiyi  filmlər onun sonrakı həyatına da sirayət edir və sevimliləri siyahısında qalır. Bu baxımdan "Uşaqlığın son gecəsi" onun yaddaşında silinməz izlər buraxıb. Çünki filmə baxarkən onun özü də uşaq olub.
 
Millət vəkilinin sevdiyi filmlər sırasında dördüncü yeri "Baharın on yeddi anı" tutur: "Bu filmi hər birimiz çox səbirsizliklə gözləyirdik. Bizim yaşıdlarımız indi onu böyük nostalgiya ilə xatırlayır. Həmin dövrdə film o qədər məşhurlaşmışdı ki, cinayətkarlığın səviyyəsi kəskin şəkildə aşağı düşmüşdü. Çünki cinayətkarların belə başı filmə baxmağa qarışırdı".
 
Nəhayət, sonuncu pillədə isə Elçin Musaoğlunun "Qırxıncı qapı" filmi dayanır: "Bu film haqqında İranda, ABŞ-da, Türkiyədə və bir sıra Avropa ölkələrində müsbət fikirlər səsləndirilib. Düşünürəm ki, filmi Azərbaycan kinosunun yeni nəslinin özünü təsdiqlədiyi işlər arasındadır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.