“Qalatasaray” yeni prezidentini seçdi

Day.Az представляет новость на азербайджанском языке

"Qalatasaray"da prezident seçkiləri olub.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, yanvarda baş tutan növbədənkənar seçimlərin qalibi olan müvəqətti prezident Mustafa Cengiz bu dəfə də bütün rəqiblərini qabaqlayıb.

Keçmiş prezident Dursun Özbək, Ozan Korkut və Əli Fatinoğlu ilə mübarizə aparan Cengiz klub üzvlərindən 2525 nəfərin etimadını qazanıb.

İkinci yeri tutan Özbək isə 1361 səs toplayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.