Ağır qəza 3 nəfərin həyatına son qoydu

Day.Az представляет новость на азербайджанском языке

Göygöl rayonunda yük maşınının aşması ölümlə nəticələnib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində bir nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslərdən Gəncə sakini, 35 yaşlı Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini Əhəd Zeynalovun isə vəziyyəti normaldır. Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Təzəkən kəndində baş verib. Keçili kənd sakini Yelmar Nəsibli idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ağır qəza 3 nəfərin həyatına son qoydu