Şamaxıda yük maşını aşdı - Xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке

Şamaxıda ağır tonnajlı yük avtomobili aşıb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 16:30 radələrində Şamaxı-Padarçöl yolunda baş verib.

Saatlı rayon sakini 1962-ci il təvəllüdlü Məsimov İbrahim Mütəllim oğlu idarə etdiyi "HOVA" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.