https://news.day.az/azerinews/1010257.html Meyxanaçı əlini maşından çəkdi - Murad görməzdən gəldi - VİDEO - FOTO

Meyxanaçı əlini maşından çəkdi - Murad görməzdən gəldi - VİDEO - FOTO

Azərbaycanca, 31 мая 2018 09:36 (UTC +04:00) 1 658
Meyxanaçı əlini maşından çəkdi

Day.Az представляет новость на азербайджанском языке

"Maşın" realiti-şousunun 16-cı mövsümündə yarışmanı tərk edən ilk iştirakçı məlum olub.

"Qafqazinfo" xəbər verir ki, iştirakçılardan Ələkbər Yasamallı danışarkən hər iki əlini maşından çəkib. Bu zaman aparıcı Murad Dadaşov bunu görsə də, Ələkbərin qolundan yapışaraq onun qaydanı pozmasını ört-basdır etməyə çalışıb.

Lakin, dəqiqələr ərzində sosial şəbəkə istifadəçiləri tərəfindən verilişə bununla bağlı çoxsaylı müraciətlər daxil olub. Yalnız prodüserlər tərəfindən M.Dadaşova məlumat verildikdən sonra, o, həmin məsələyə qayıdıb. Beləliklə, həmin qayda pozuntusu efirdə təkrar göstərilib və Ə.Yasamallı qaydaları pozduğu üçün şoudan uzaqlaşdırılıb.

Qeyd edək ki, səsverməyə çıxan Roza Zərgərli isə lazım olan səsi toplayaraq yarışmada qalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Meyxanaçı əlini maşından çəkdi - Murad görməzdən gəldi

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости