İlhamə Bədəlova: "Hüseyn Rozanın əlində bir oyuncaqdır"

Day.Az представляет новость на азербайджанском языке

"Ötən gün "Maşın" realiti-şousunu tərk etmiş İlhamə Bədəlova ATv.az saytına maraqlı açıqlama verdi:

Hüseyn Əzizoğlunun seçimi barəsində suala cavab verən aparıcı "Hüseyn bu oyunda sadəcə oyuncaqdır, Roza Zərgərlinin oyuncağı. Demək olar ki, bütün oyuncular Rozanın təzyiqi altında qərarlar verir və bu xanım canlı efirdə də faktı özü təstiqlədi. Lakin Rozanın bir səhvi var - o oyunla real həyat arasıbda xətti görmür, oyun onu sanki sərxoş edir. Ümid edirəm ki, "ayılanda"  bu xanım mənə qarşı nə qədər absurd və haqsız ittiham irəli sürdüyünü anlayacaq və məndən üzr istəyəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.