Aparıcı geyiminə görə canlı yayımdan qovuldu - VİDEO

14 июня 2018 12:16

Day.Az представляет новость на азербайджанском языке

Küveytli aparıcı Amal əl-Avadi canlı yayım zamanı efirdən qovulub. 

Oxu.Az "Metro" nəşrinə istinadla xəbər verir ki, buna səbəb izləyicilərin aparıcının geyimindən narazı qalması olub. 

Efir zamanı redaktor canlı yayımın dayandırılmasını tələb edib. 29 yaşlı aparıcı telekanaldan uzaqlaşdırılıb. Aparıcı "Snapchat" vasitəsilə verdiyi açıqlamada müqavilədəki maddələri pozmadığını açıqlayıb. 

Məlum olub ki, hadisəyə səbəb izləyicilərin aparıcının geyiminə qəzəblənməsi olub. Onların fikrincə, Ramazan ayında heç bir aparıcı bu cür geyinməməlidir. 

"Aparıcılar Ramazan vaxtı ciddi geyimdən istifadə etməlidirlər", - izləyicilər sosial şəbəkədə yazıblar. 

Şayiələrə görə, Əl-Avadi yüksək vəzifəli məmur tərəfindən işdən qovulub. Kanal bu versiyanı təsdiqləməyib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Наряд телеведущей сорвал прямую трансляцию

Показать цитиро

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!