Taksi sürücüsü arxa oturacaqda öpüşən cütlüyü zorla düşürtdü - Nyu-Yorkda

14 июня 2018 12:42

Day.Az представляет новость на азербайджанском языке

Taksi sürücüsü avtomobilinin arxa oturacağında öpüşən cütlüyü zorla düşürdüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib. Uber sürücüsü avtomobilin arxa oturacağında öpüşən homoseksual cütlüyü maşından çıxardıb.

Bu barədə məlumatı öpüşən lesbian cütlük ABC-yə verib. Alex Lovine və sevgilisi Emma Pichl sürücü barədə şikayət ediblər və bildiriblər ki, onlara qarşı ayrıseçkilik edilib.

"Sürücü bizi düşürtdü və bunu avtomobilimdə etməyin deyib bizi qovdu", - Pichl söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Taksi sürücüsü arxa oturacaqda öpüşən cütlüyü zorla düşürtdü

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!