Azərbaycanlı deputat: “DÇ-2018-in qalibi Real Madrid olacaq”

Day.Az представляет новость на азербайджанском языке

Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək dünya çempionatında İspaniyanın "Real" (Madrid) klubuna azarkeşlik edəcəyini açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə 50 yaşlı millət vəkilinin özü "Report"un sorğusuna cavab olaraq bildirib.
O deyib ki, mundialın qalibi "Real" olacaq: "Dünya çempionatını izləyəcəyəm. Favoritim Madrid "Real"ıdı. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Amma bu, artıq sürpriz olar".

Badamov idmanla əlaqəli şəxs - Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını bilməyib.  

Qeyd edək ki, Azər Badamov 51 saylı Qusar seçki dairəsindən deputat seçilib. Yeni Azərbaycan Partiyasının üzvü olan Badamov Milli Məclisin Regional Məsələlər, Gənclər və İdman komitələrinin, Avstraliya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya və İsveç parlamentlərarası işçi qrupun üzvü, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupun rəhbəridi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.