Uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var - VİDEO

14 июня 2018 21:00

Day.Az представляет новость на азербайджанском языке

Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, Füruzə Tağıyeva Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi"ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F.Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Videonu izləmək üçün şəklə klikləyin:
Uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!