Tovuzda müəllim "Son zəng" zamanı öldü

Day.Az представляет новость на азербайджанском языке

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Videonu izləmək üçün şəklə klikləyin:
Tovuzda müəllim