İmişlidə BƏDBƏXT HADİSƏ: sürücü öldü

Day.Az представляет новость на азербайджанском языке

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.

İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Videonu izləmək üçün şəklə klikləyin:
İmişlidə BƏDBƏXT HADİSƏ