Pərviz Şahbazov: TANAP-a maraq göstərən ölkələr artır - VİDEO

14 июня 2018 21:34

Day.Az представляет новость на азербайджанском языке

TANAP elə bir enerji layihəsidir ki, təkcə onu irəli sürən dövlətlərə deyil, eyni zamanda ona illər sonra qoşulacaq ölkələrə də böyük faydalar gətirəcək. Buna görə bu layihə avrasiya məkanında enerji xəritəsinin əsas istiqaməti olmaqla yanaşı, həm də yeni əməkdaşlıq formatı da yaratmış oldu.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, energetika naziri Pərviz Şahbazov TANAP-la bağlı fikirlərini açıqlayıb.

"Əsrin müqaviləsi"vaxtilə Azərbaycanı çətin iqtisadi durumdan xilas edərək ölkənin varlığını necə qarant altına almışdısa, TANAP layihəsi də müasir Azərbaycanın qüdrətlənməsinin, onun dünyada nüfuzunun daha da artmasının zəmanətidir.

Azərbaycan və Türkiyə dövlətlərinin birgə siyasi iradəsinin nəticəsi kimi reallaşan TANAP cəmi 6 illik qısa bir zamanda ərsəyə gəldi. Ancaq bu nəhəng layihə Azərbaycana təkcə milyardlarla dollar sərvət qazandırmayacaq.TANAP-ın Azərbaycana qazandıracağı siyasi dividentlər heç də iqtisadi qazancdan az olmayacaq. Çünki, TANAP istifadəyə verilməklə Avrasiyanın enerji xəritəsində uzun illər xəyal kimi görünən bir məqsədi reallığa qovuşdurdu. Bu qapalı hövzə hesab edilən Xəzərin karbohidrogen ehtiyyatlarının ən böyük bazarlardan biri olan Avropa istehlakçılarına çatdırılması idi. Bununla Avropa bir mənbədən asılılığa son qoyaraq enerji təhlükəsizliyini təmin etmiş oldu.

Prezident İlham Əliyev TANAP-ın açılışında Azərbaycan və Türkiyənin XXI əsrin enerji tarixini birlikdə yazdıqlarını vurğulamışdı. Çünki necə ki, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri bu gün Xəzərdə neft çıxaran ölkələrin öz neftini dünya bazarına çıxarması üçün əsas marşrut xəttidir, eləcə də TANAP bu ölkələrə qaz ixracı üçün eyni imkanları yaradır. Bu artıq Azərbaycanın əsasını qoyduğu və regiondakı bütün ölkələrin maraqlarının təmin edildiyi yeni bir əməkdaşlıq formatıdır.

TANAP-ın birləşəcəyi TAP kəmərinə qoşulmaq istəyən ölkələrin sayının artması isə bu layihənin gələcəkdə daha geniş coğrafiyaya şaxələnəcəyindən xəbər verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Pərviz Şahbazov TANAP-la bağlı danışdı

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!