Tarkandan yeni xəbər: 7 ildən sonrа

Day.Az представляет новость на азербайджанском языке

Тürkiyəli popstar Tarkan Tevetoğlu Atalar günü bayramı ilə əlaqədar İnstaqram hesabında foto paylaşıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, meqastar Tarkan həyat yoldaşı Pınar Diləklə foto paylaşaraq bütün ataları və ata olmağa namizədləri təbrik edib. 7,5 aylıq hamilə olan həyat yoldaşı ilə fotosunu paylaşan Tarkanın ilk dəfə ata olacağı vurğulanır.

45 yaşlı məşhur müğənninin doğulacaq qızının adı da mediaya məlumdur. Cütlük dünyaya gələcək qızlarının adını Lidya qoyacaqlarını açıqlayıb.

Qeyd edək ki, Tarkan 7 illik sevgilisi Pınar Diləklə 2016-cı ildə evlənib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz