Qaradağda qəza, Bakıya giriş bağlandı

Day.Az представляет новость на азербайджанском языке

---------
20:20

Bakı-Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, "Qaradağ Sement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

----------
18:04

Bakıda yük maşını aşıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda sement daşıyan yük maşını idarəetməni itirərək aşıb, nəticədə yük maşınında olan sement yola dağılıb.

Xəsarət alan yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Qaradağda yük maşını aşıb