Azərbaycanda mətbəx turizmi ilə bağlı YENİ TƏKLİF

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda mətbəx turizm növünün yeni formada inkişaf etdirilməsi təklif edilir.

Day.Az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, Azərbaycanda mətbəx turizmi inkişaf etsə də, onu turistlərin maraq dairəsinə uyğun formada daha da genişləndirmək olar.

M.Ağakərimov təklif edir ki, turizm şirkətləri bununla bağlı xüsusi proqramlar hazırlamalıdırlar. Bu proqramlardan biri turistlərin restoranlarda özü üçün yemək hazırlanma prosesində iştirak etməkdir:

"Ölkəmizə gələn turist sanitar-gigiyenik qaydalara əməl etməklə ya özünün resepti, ya da aşpazın köməyi ilə müxtəlif yeməklər hazırlaya bilər. Belə proqram turistlərin çoxunun xoşuna gələcək və ölkəmizə daha çox turistin gəlməsinə kömək edəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.