Latviyada rus dilində tədris qadağan edildi

Day.Az представляет новость на азербайджанском языке

Latviya parlamenti son oxunuşdan sonra ali təhsil müəssisələri ilə bağlı qanuna düzəlişi qəbul edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, düzəlişdə özəl ali təhsil müəssisələrində və kolleclərdə rus dilin təhsilin qadağan edilməsi nəzərdə tutulur.

Qanun layihəsi ölkənin təhsil və elm nazirliyi tərəfindən hazırlanıb. Ölkə prezidentinin yaxın zamanda sənədi təsdiqləyəcəyi gözlənilir.

Düzəliş təsdiqlənsə yanvarın 1-dən etibarən (2019) universitet və kolleclərdə rus bölməsinə tələbə qəbulu dayandırılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz