Bu yoldan istifadə TƏHLÜKƏLİDİR

Day.Az представляет новость на азербайджанском языке

Mütəxəssislər sürücülərə və bura gələn qonaqlara son dərəcə ehtiyatlı olmağı tövsiyə edirlər. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, turistlərin daha çox istifadə etdiyi və Qubanın əsas turizm marşurutlarından biri olan Xınalıq yolunda sürüşmə prosesi aktivləşib.

Quba-Xınalıq yolunun 50-ci km-də sürüşmə nəticəsində yola düşən daş və torpaq təmizlənib. Əraziyə aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarət gücləndirib. Hazırda da sürüşmə prosesi aktiv fazadadır. 

Yay mövsümündə Qubaya xüsusilə Xınalığa xeyli sayda turist gəlir. Lakin mütəxəssislər bu yoldan istifadə edərkən daha diqqətli olmağı tövsiyə edirlər. Çünki yolda hər an sürüşmə prosesi qeydə alına bilər. Xüsusilə yağışlı hava şəraitində daha diqqətli olmaq lazımdır. 

Ceyhun Fərzəliyev - turist: "Mən Xınalıq istiqamətindən gəlirəm. Yollar, əlbəttə, çox təhlükəlidir. Və hava şəraitini nəzərə alıb yola çıxsalar, yaxşı olar. Yollarda böyük təhlükələr var. Hətta sel axınları olub. Tövsiyə edirik ki, bir neçə gün istifadə olunmasın. Hava tez-tez dəyişir".

İsmayıl Şıxaliyev - turist: "Üzü yuxarı qalxanda siqnaldan istifadə etmək lazımdır. Çünki yuxardan düşən aşağını görmür. Yolun çalışdıqca qırağından kənara sürmək lazımdır ki, yolun qırağı elə bilinir möhkəmdir, amma torpaqdı. Çox xahiş edirəm sürücülərdən təkərlərinə fikir versinlər. Təkərlər yaxşı olmasa bu yollara gəlməyə dəyməz. Çox təhlükəlidir".

Mütəxəssislər ağır tonnajlı avtomobillərin yoldan istifadə etməsini düzgün saymır. Gələn qonaqlara hava praqnozu ilə tanış olduqdan sonra Xınalıq istiqamətində hərəkət etmələri tövsiyə edilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
DİQQƏT! Bu yoldan istifadə TƏHLÜKƏLİDİR