Türkiyə seçkilərə hazırlaşır

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə sabah keçiriləcək prezident və parlament seçkilərinə hazırlaşır.

Day.Az oxu.az-a istinadən bildirir ki, seçkilərdə 56 milyondan çox vətəndaş səs verəcək.

Türkiyənin xaricdəki vətəndaşları isə 7-19 iyun tarixlərində səs veriblər.

Seçki məntəqləri 08:00-dan 17:00-a qədər açıq olacaq. Daha sonra səslər toplanacaq.

Prezident vəzifəsinə altı nəfər namizədliyini irəli sürüb: Rəcəb Tayyib Ərdoğan, Cumhuriyyət Xalq Partiyasından (CHP) Məhərrəm İnci, həbsdə olan Xalqların Demokratikliyi Partiyası (HDP) Səlahəddin Dəmirtaş.

İYİ Parti-dən Maral Akşener, Saadet Partiyasının sədri Təməl Karamollaoğlu və Vatan Partiyasından Doğu Perincek seçkilərdə iştirak etmək üçün seçicilərin 100 min səsini toplayıblar.  

Parlament seçkilərində AKP, CHP, HDP, HÜDAPAR, İYİ Parti, MHP, Saadet Partiyası və Vatan Partiyasında namizədlər iştirak edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.