Azərbaycanlı şagirdlər Yunanıstan olimpiadasından 6 medalla qayıtdılar

Day.Az представляет новость на азербайджанском языке

İyunun 19-24-dı Yunanıstanın Rodos adasında Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat olimpiadası (JBMO) keçirilib.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycandan qatılan şagirdlər 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar. Bununla da onlar 100%-lik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlər 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər.

Budəfəki olimpiadada riyaziyyat fənni üzrə ilk dəfə qız şagird - Fidan Babayeva medal qazanıb. 

 

Abutalıb Namazov ( Fizika Riyaziyyat İnformatika Təmayüllü Lisey -FRİTL) - GÜMÜŞ medal
Fərid İsmayılov (FRİTL) - GÜMÜŞ medal
Murad Ağayev (İstək l) -GÜMÜŞ medal
Fidan Babayeva (FRİTL) - BÜRÜNC medal
Rəşad Musayev ( FRİTL) -BÜRÜNC medal
Yusif Qasımov ( 220 n.t.o.m) -- BÜRÜNC medal

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.