Xırdalanda yaşayış evində yanğın

Day.Az представляет новость на азербайджанском языке

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları qismən yanmışdır.

Day.Az Trend-ə istinadən bildirir ki, yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti almışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın qısa zamanda yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.