Goranboyda minik avtomobili aşıb, ana və qızı xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.

Day.Az APA-ya istinadən xəbər verir ki, "Hyunday" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, xəsarət alanlar ana və qızıdır. Onlardan biri sürücü olub.

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.