Rusiyaya getmək istəyənlər, əliniz cibinizdə olsun

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada keçirilən futbol üzrə dünya çempionatına Azərbaycanda da kifayət qədər maraq var. Bunu nəzərə alan turizm şirkətləri dünya çempionatına özəl tur paketlər hazırlayıblar. Bəzi turpaketlərə dünya çempionatının final matçının da bileti daxildir. Qiymətlər necədir? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, futbol üzrə dünya çempionatının başlaması bütün diqqətləri Rusiyaya yönəldib. Bir-birindən maraqlı və həyəcanlı oyunları ekran qarşısından baxanlarla yanaşı, canlı izləmək istəyənlər də var.

Dünya çempionatına ölkəmizdə də həddindən artıq marağın çox olması turizm şirkətələrini də hərəkətə keçirib. Artıq bəzi turizm şirkətləri dünya çempionatına özəl, 3 gün-2 gecəlik tur paketlər hazırlayıblar.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, Rusiyaya həddindən artıq turist axını qiymətləri nəzərə çarpacaq dərəcədə artırıb. Buna baxmayaraq, dünya çempionatını yerindəcə izləmək üçün Rusiyaya gedən azərbaycanlılar da az deyil.

Ekspert Rəhman Quliyevin sözlərinə görə, dünya çempionatının final biletinin daxil olduğu tur paketlər də var. Bu paketlərin qiymətləri xeyli bahadır.

Rəhman Quliyev bildirir ki, final biletlərini daha ucuz almaq da mümkündür.

Xatırladaq ki, dünya çempionatının final biletləri 1100 dollardan satışa çıxarılıb. Final günü yaxınlaşdıqca biletlərin qiyməti də xeyli bahalaşıb.

Qeyd edək ki, 14 iyunda start götürən futbol üzrə dünya çempionatı, iyul ayının 15-də Moskvada keçiriləcək final matçı ilə sona çatacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyaya getmək istəyənlər, əliniz cibinizdə olsun!