Göygoldə yol qəzası: 5 nəfər xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə  yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes",  "VAZ 2107" minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.