Başından vuruldu, vəziyyəti ağırdır - İş adamına sui-qəsd

Day.Az представляет новость на азербайджанском языке

Məşhur şirniyyat brendi olan "Bağdad Xurma Şirniyyatı"nın sahibi silahlı hücuma məruz qalıb.

Fatih Qaraman şəxsi avtomobili ilə işıqforda dayanan zaman digər avtomobildən atəş açılıb.

Onun başına iki güllə dəyib və ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Silahlı şəxslər hadisə yerindən qaçıb.

Türkiyənin hüquq-mühafizə orqanları onların yaxalanması üçün əməliyyat keçirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.