Son 6 ayda 17 ədəd ov tüfəngi, 83 ədəd patron götürülüb
Day.Az представляет новость на азербайджанском языке
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirir.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində keçirilən reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı ümumilikdə 529 akt və 152 protokol tərtib edilərək 116 315 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 30, aidiyyəti rayon məhkəmələrinə 4 iş göndərilib.
Bundan brakonyerliklə məşğul olan şəxslərə qarşı 27 akt və 30 protokol tərtib edilərək 40 497 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Qanun pozucularından 17 ədəd ov tüfəngi, 83 ədəd patron, 23 ədəd balıq toru, 2 ədəd qayıq mühərriki və qayıq götürülüb.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре