Adnan Oktar və qadın müridlərinin görüntüləri yayıldı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə səhər saatlarında xüsusi əməliyyatla saxlanılan Adnan Oktarın görüntüləri yayılıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilə əməliyyat nəticəsində Adnan Oktar polis bölməsinə qandallanaraq aparılıb. Onunla birlikdəə saxlanılar arasında "kedicik"ləri kimi tanınan qadınlar da var. Bildirilir ki, onlar sağlamlıq müayinəsindən keçdikdən sonra dindirilmək üçün idarəyə aparılacaqlar.

Qeyd edək ki, İstanbulda eyni zamanda 5 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar, onlarla maşın cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb. O, 10-dan çox cinayət maddəsi ilə ittiham edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.