"Fənərbağça"dan 2 yeni transfer

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin "Fənərbağça" klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi TFF 1-ci Liqada mübarizə aparan "Altınordu"dan Berke Özer və Barış Alıcını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmır.

 

2000-ci il təvəllüdlü Berke Özer qapıçıdır. 1997-ci il təvəllüdlü Barış Alıcı isə yarımmüdafiəçidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.