Ağdamda ağır qəza: Yaralılar var

12 июля 2018 15:16

Day.Az представляет новость на азербайджанском языке

Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndi ərazisində baş verib.  Allahverdiyev Rövşən Xankişi oğlunun  idarə etdiyi "VAZ" 2107 markalı avtomobil qarşıdan gələn  "Hyundai" markalı avtomobillə toqquşub.

Nəticədə R.Allahverdiyev və maşında olan nəvəsi, 2008-ci il təvəllüdlü Allahverdizadə Leyla Yalçın qızı, Allahverdiyeva Klara  Əbdüləli qızı,  Axundov Şamxal Dərgah oğlu və Məmmədov Amil Mobil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!