Röyanın ev qiymətinə olan qarderobu - 80 min

12 июля 2018 15:31

Day.Az представляет новость на азербайджанском языке

Dünya ulduzlarının qarderobu ilə bağlı hər dəfə müxtəlif yazılar rastımıza çıxır. Onların 20, 30, hətta yüz minlik geyimlərini belə təəccüblə izləyirik. Hətta bu yaxınlarda məşhur ulduz Kayli Cennerin təkcə çanta kolleksiyasının dəyərinin 1 milyon dollar olduğu açıqlanmışdı. Azərbaycanlı müğənnilərin də geyimlərinin qiyməti hər zaman maraqlı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, son günlər əməkdar artist Röya Ayxan bahalı geyimləri və aksessuarlari ilə gündəmdən düşmür. Hər dəfə sənətçinin bir paltarının qiyməti açıqlanır. Müğənninin bahalı qarderobunun bir hissəsini təqdim edirik:

Müğənni bu libasına 8582 manat (6800 Avstraliya dolları) ödəyib. Paltar Avstaliyada yaşayan tanınmış dizayner Həcər Qala tərəfindən hazırlanıb. 

Bu paltar isə "Nueve Collection" brendinə məxsusdur.  Ruşen Denizlili imzalı libas tamamilə əl işidir.  Sənətçi geyimə sahib olmaq üçün 5167 manat (3063 dollar) ödəyib.

Röyanın bu şalvar və koftası da bahalı brendin istehsalıdır. Belə ki, Röya Alberta Ferretti markasının koftasını geyinib. Onun qiyməti 1181 manatdır. Sənətçinin şalvarı isə Martin Grant brendindəndir. Qiyməti isə 1468 manatdır.

Bu gün isə İnstaqramdakı "Kim hardan geyinir" səhifəsi ifaçının aksesuarlarının qiymətini yazıb. Onun "Cartier" brendinə məxsus qolbaqlarının qiyməti 36 min dollar, yəni 61 min 200 manatdır. "Allessandra Rich"dən olan sırğalarının isə 336 dollar (571 manat) qiyməti var.

Bu libas isə Alexander Terekhov brendindəndir. Qiyməti 1682 dollar, təxminən 2873 manatdır.

Təkcə bu siyahıda yer alan geyimlərin qiyməti 80 471 manatdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!