Bakının elektrik enerjisi təchizatı bərpa edildi

Day.Az представляет новость на азербайджанском языке

Fövqəladə Hallar Nazirliyi və Azərenerjinin məlumatına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində Mingəçevir İES-in Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən yüksək gərginli elektrik xətlərinin altındakı yanğınlar lokallaşdırılıb.

Milli.Az bildirir ki, nəticədə Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib, digər bölgələrin elektrik enerjisi ilə təchizatının bərpası istiqamətimdə də iş gedir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz