“Real” Benzemanı İtaliyaya buraxmadı

14 июля 2018 08:50

Day.Az представляет новость на азербайджанском языке

"Real"ın hücumçusu Kərim Benzema "Napoli"nin transfer gündəminə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İtaliya klubu bununla bağlı ispanlarla danışıq aparıb.

Maraqlıdı ki, görüşdə birbaşa neapolluların yeni baş məşqçisi Karlo Ançelotti iştirak edib. "Real"ın sabiq çalışdırıcısının keçmiş yetirməsini yanına aparmaq istəyi baş tutmayıb. Çünki madridlilərin bu təklifə cavabı "yox" olub. Kriştianu Ronaldonu "Yuventus"a satan "kral klubu" daha bir forvardını İtaliyaya buraxmayıb.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real"ın şərəfini qoruyur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!