Ailə qurmaq üçün ən ideal yaş hansıdır?

14 июля 2018 10:18

Day.Az представляет новость на азербайджанском языке

Ailəni neçə yaşda qurmaq lazımdır ki, bu ailə xoşbət və möhkəm olsun? Alimlər bu suala cavab tapıb.

Yenicag.az xəbər verir ki, alimlər yüzlərlə ailə cütlüklərin münasibətlərini təhlil etdikdən sonra ailə qurmaq üçün ideal yaş təyin edib. Mütəxəssislərin fikrinə görə, bu 28-32 yaşlar arasıdır.

Bu yaşlarda ailə quran insanlar özünü daha xoşbəxt hiss edir və bu yaş qrupunda boşanmaların faizi ən aşağıdır.

Əksinə isə 20 yaşında ailə quranlar ən tez-tez boşanır. Mütəxəssislərin fikrinə görə, bunun səbəbi həyat təcrübəsinin az olmasıdır.

40 yaşa yaxın ailə quranlar da ailə həyatında çoxlu problemlərlə üzləşir. Bu yaşlarda ailə quran insanlar bir çox hallarda bunu son şans kimi qiymətləndirir və bu da tez-tez düz seçim etməyə mane olur. (saglamolun.az).

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!