"İRƏLİ" İctimai Birliyinin sədri Gəncə hadisələrinə münasibət bildirdi

14 июля 2018 11:24

Day.Az представляет новость на азербайджанском языке

Cənab Prezidentin yürütdüyü güclü siyasət və xalqımızın dəstəyi Azərbaycanı bu ağır
günlərdən tez bir zamanda sabitliyə çıxaracaq.

Mən deyərdim ki, Gəncə şəhərində baş verən hadisələrin kökündə Azərbaycanı, onun inkişafını
gözü götürməzlik var. Görünən odur ki, Ermənistanla yanaşı, bəzi ölkələr də Azərbaycanda sabitliyi
pozmağa çalışır. Bildiyiniz kimi, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik
yubileyi münasibətilə Bakıda Hərbi Parad keçirildi və Azərbaycanın güclü ordusunu görən
düşmənlərimiz bizi Ermənistan tərəfindən vurmaq istəmir. Onların ölkəmizin ordusuna və texnikası,
birliyinə olan paxıllığı onları bizi daxildən parçalamaq üçün cəhdlər etməyə məcbur etdi. Bilirlər ki,
Ermənistan tərəfindən hücum olduğu təqdirdə Azərbaycan lazımi cavabı verəcək və düşmən tərəfin
canlı qüvvəsini, texnikasını məhv edəcək. Bu səbəbdən də onlar tərəfdən itkinin qarşısnı almaq
məqsədi ilə daxili parçalanma üsulu seçdilər. Hansı bölgədə baş verməsindən asılı olmayaraq bu
Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı törədilmiş terrordur. İlk olaraq ölkədə elektrik
enerjisinin verilməsi ilə bağlı, daha sonra isə suyun kəsilməsi ilə bağlı problem yaşandı. Bütün
bunlarda isə əsas məqsəd vəziyyətdən sui itifadə edərək daxili parçalanma yaratmaq olub. Sosial
şəbəkələr vasitəsilə lazımsız çağırışların olması da bu təxribatın bir qoludur. İnsanlara psixoloji təsir
edərək parçalanma yaratmaqdır ana məqsəd. Lakin Azərbaycan gənci vətəninin keşiyində mərd
dayanan oğulları kimi, informasiya müharibəsində də mübarizə aparır, öz mövqeyini səsləndirir və
Vətən, birlik sevgisini göstərib, vətəndaşlıq borcunu, vəzifəsini yerinə yetirir. Bir qrup şəxs xarici
qüvvələrə inanır və o xarici qüvvələr də bunu söyləmək nə qədər acınacaqlı olsa da, onları idarə edir
və özləri kənarda qalır. Bir də əsas amil insan amilidir. Məmur özbaşınalığı məsələsi insan itkisinə
əsas vermir. Dövlətin, insanların sakit şəraitdə yaşaması, təhlükəsizliyinin ən böyük təminatçısı olan
polis əməkdaşının qətlə yetirilməsi, vətəndaş olaraq hər birimizi sarsıtdı. Düşmən qüvvələr də bizim
sarsılmağımızı istəyir. Onların əsas məqsədi ölkədə xaos yaradıb, bizi bir-birimizə vurmaqdır.
Bunun üçün hər cür yollara əl atırlar, cinayət isə ən pisidir. Bu hadisələr Polis zabitlərin terrorçulara
qarşı silah çıxarmayıb özlərini şəhid verməsi ilə nəticələndi. Polis qanunun qarşıya qoyduğu
tələblərə uyğun olaraq vətəndaşın keşikçisidir. Polis xalqın, dövlətin ictimai-siyasi sabitliyini
qoruyur. Polis əməkdaşları bir növ özlərini qurban verərək xeyli insanın həyatını xilas etdilər.
Azərbaycan polisi mərddir. Polis əməkdaşlarını xalqın gözü önündə qətlə yetirənlər tez bir zamanda
ən sərt cəzaları almalıdırlar. Onları ölkəmizdə terror üçün yönləndirən qüvvələr dinin adından
istifadə edir, amma islam dini gözəllik və mehribanlıq dinidir. Bunlar isə sadəcə terror aktı törədir.
Azərbaycan xalqı ağıllı xalqdır, pislə yaxşını ayırd edə bilir, ona görə də bu cür hallarla
rastlaşmamaq üçün yumruq tək bir olub, düşmənə qarşı mübarizə aparmalıyıq. Çünki əgər biz bir
olsaq, heç bir terrorçu Azərbaycana daxil ola bilməz və bu cür hallarla da qarşılaşmarıq.
Azərbaycanın bu çətin günündə inanıram ki, xalqımız və ən əsası gənclərimiz imkan verməyəcək ki,
qıraq güvvələr ölkəmizə müdaxilə etsin. Vətəndaşlarımız və dövlətimizin əsas amalı Azərbaycan
müstəqilliyinin qorunması və möhkəmləndiriməsidir. Cənab Prezidentin yürütdüyü güclü siyasət və
xalqımızın dəstəyi Azərbaycanı bu ağır günlərdən tez bir zamanda sabitliyə çıxaracaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
 

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!