İngiltərə cəzalandı

FİFA-nın İntizam Komitəsi İngiltərə Futbol Assosiasiyasını cəzalandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Xorvatiya ilə yarımfinal oyununda medamarket qaydalarını pozan britaniyalılar 70 min İsveçrə frankı ödəməli olacaq.

 

Buna səbəb milli üzvlərindən ikisinin icazə verilməyən brendləri nümayiş etdirməsidi. Bir neçə gün əvvəl eyni hərəkət üçün elə həmin məbləğdə cəzalanan federasiyaya xəbərdarlıq da edilib. Azarkeşlərin səsləndirdiyi şüarlar da federasiyanın daha bir xəbərdarlıq alması ilə nəticələnib.