Kürdəmirdə “Mercedes” aşaraq yanıb

Kürdəmirdə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Sorsor kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə bölmələri cəlb edilib. Nəticədə avtomobilin yanar hissələri yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.