Türkiyədə dövlət çevrilişinə cəhd hadisələrindən 2 il ötür

Day.Az представляет новость на азербайджанском языке

2016-cı ilin 15 iyul gecəsində FETÖ terror təşkilatının hərbi çevrilişə cəhd etməsindən 2 il ötür.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin hadisələrdə 251 nəfər şəhid olmuş, 2839 nəfər isə yaralanmışdı.

Özünü "Yurdda Sülh Şurası" adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət tətbiq edildiyini açıqlayıb. İlk növbədə Ankarada polis akademiyası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutulub.

Gecə saatlarında prezident Rəcəb Tayyib Ərdoğanın xalqı inqilabçılara qarşı dirənməyə çağırmasından sonra FETÖ-nün planı alt-üst olub, səhər saatlarına doğru isə təşkilatın silahlı üzvləri təslim olublar. Qiyamçılardan 104 nəfər məhv edilib.

İnqliaba cəhddə birbaşa 10 minə yaxın hərbiçi iştirak edib. 246 zirehli texnika, 74 tank, 37 helikopter, 24 ədəd "F-16", 11 təyyarə və 3 hərbi gəmi istifadə edilib.

Ölkəni xaosa sürükləməyə cəhd edənlərə qarşı başladılan əməliyyatlar nəticəsində minlərlə FETÖ üzvü həbs edilib.

Qeyd edək ki, təşkilatın rəhbəri Fətullah Gülən uzun illərdir ABŞ-da yaşayır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.